Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbində violin ixtisası üzrə II sinif şagirdi Aleksey Dzyuba (müəllim Rüfət Manafov) onlayn keçirilən iki beynəlxalq müsabiqədə iştirak edərək yüksək nəticələr əldə edib.
Baş İdarədən bildirilib ki, Almaniyada istedadlı musiqiçilər üçün "DoMiSol" məktəbinin təşkilatçılığı ilə keçirilən I İnternational Art Competition "World of Talents" müsabiqəsində simli alətlər nominasiyası üzrə kiçik yaş qrupunda Aleksey Dzyuba ən yüksək nəticə ilə I yerə layiq görülüb.
Böyük Britaniyada təşkil olunmuş nüfuzlu "Golden Time Talent" müsabiqəsində isə Aleksey Dzyuba simli alətlər nominasiyası üzrə 8-10 yaş kateqoriyasında 100 baldan 85 bal toplayaraq II yeri tutub.