Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası və Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müəllim və tələbə heyətinin 4 dilə (ispan, fransız, alman, italyan dilləri) tərcümə etdiyi, müəllifi İradə Əlilinin olduğu “Xocalı şahidləri danışır” adlı kitabın təqdimatı keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.
Qeyd olunub ki, təqdimatda Xocalı faciəsinin şahidləri, Azərbaycan Dillər Universitetinin rəhbərliyi, tərcümədə iştirak edən tələbə və müəllim heyəti iştirak edib.
