Logo

UFAZ-da Azercell-in sponsorluğu ilə “Gələcək üçün kodlaşdır” hakatonu keçirilir - FOTO

04.03.2023 17:17 429 baxış
IMG

Azərbaycan-Fransız Universiteti (UFAZ) Azercell-in sponsorluğu ilə həyata keçirilən “Gələcək üçün kodlaşdır” adlı ənənəvi kompüter elmləri hakatonunun başladığını elan etməkdən böyük məmnunluq duyur.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.

Bildirilib ki, tədbir martın 4-də başlayıb, iki gün davam edəcək. Martın 14-də komadlara jüri qarşısında öz təqdimatları ilə çıxış edəcək.

Müsabiqə texnologiya, innovasiya və kommunikasiya sahələrində real problemləri həll etmək üçün gənc və yenilikçi zehinləri bir araya gətirmək üçün nəzərdə tutulub.

Yarışda iştirak etmək üçün Azərbaycan və Türkiyənin müxtəlif universitetlərindən ümumilikdə 120 komanda müraciət edib. Ciddi seçim prosesindən sonra gender balansı, universitetdə oxuduğu il, ixtisası və agile bilikləri əsasında ümumilikdə 30 komanda seçilib.

İştirakçılar qarşıdakı iki gün ərzində işləyəcək, kodlaşdıracaq və təqdim olunan problemlərin həlli yollarını inkişaf etdirəcək. Tədbirin sonunda texniki münsiflər heyəti bütün layihələri qiymətləndirəcək və ən yaxşılarını seçəcək. Komandalar martın 14-də münsiflər heyəti qarşısında öz layihələrini təqdim edərək yekun mükafat uğrunda mübarizə aparacaqlar.

UFAZ hakatonun keçirilməsində göstərdiyi dəstəyə görə Azercell şirkətinə minnətdarlığını bildirir. Tədbir kompüter elmləri sahəsində innovasiyaların və komanda çalışmasının maraqlı nümayişi olacaq.

Xəbər lenti