Logo

“Peşəkar ol” layihəsi üzrə təlimi uğurla bitirən iştirakçılara sertifikat verilib - FOTO

04.03.2023 10:47 572 baxış
IMG

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən təşkil olunan “Peşəkar ol” layihəsi üzrə sertifikatların təqdimolunma mərasimi keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə təlim proqramını uğurla bitirən iştirakçılara sertifikatlar verilib.

Qeyd edək ki, “Peşəkar ol” layihəsinin əsas məqsədi pedaqoji fakültələrdə təhsil alan tələbələrdə müəllim peşəsinə maraq və motivasiya yaratmaq, yeniliyə açıq və multifunksional təhsil işçiləri formalaşdırmaqda universitetlərə dəstək verməkdir.

Xəbər lenti