SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Zərifə Əliyeva adına liseydə şagirdlər ilə birlikdə layihə həyata keçiriblər.
Tehsil.biz xəbər verir ki, BANM-in Neftçi Mühəndislər Cəmiyyətinin təşkilatçılığı ilə 10 və 11-ci sinifdə təhsil alan şagirdlər ilə “Energy4me” layihəsi reallaşdırılıb.
Layihə çərçivəsində şagirdlərə BANM, Ali Məktəbin kampusu, təhsil, tədris proqramı, ixtisaslar haqqında və Neftçi Mühəndislər Cəmiyyəti haqqında məlumatlar verilib.
Layihənin həyata keçirilməsində Cəmiyyətin üzvləri Nicat Səfərəliyev, Zəhraxanım Əliyeva, Gülüstan Kərimova, Almaz Heydərova, Mədinə Ziyadxanova, Firuzə Əzizova, Cəvahir Yusifzadə, Çingiz Hacıyev, Malik Soltanov, Nəzrin Fətullalı, İlkanə Mehdiyeva, Məhəmməd Vəliyev, Zahid Abdullayev, Murad Həsənov, Aydın Şirinov və Səfura Orucova iştirak edib.
Sonda aktiv şagirdlərə Bakı Ali Neft Məktəbinin rəmzi hədiyyələri təqdim olunub.