Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Azərbaycan Neft-Kimya Prosesləri İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya mühəndisliyi ixtisası üzrə IV kurs tələbələri mart ayının 1-dən aprel ayının 23-ü tarixədək elmi-tədqiqat təcrübəsi keçəcəklər.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tələbələrlə görüşən institutun baş direktoru, akademik Vaqif Abbasov sözügedən müəssisədə aparılan elmi tədqiqat işləri haqqında məlumat verib və onların suallarını cavablandırıb.
Sonra tələbələr elmi-tədqiqat təcrübəsi keçəcəkləri Neft və neft emalı məhsullarının analizi, Korroziya inhibitorları və konservasiya materialları, Maye fazada oksidləşmə və Sintetik yağlar laboratoriyaları ilə tanış olublar.