Logo

AƏSMA-da seminar keçirilib - FOTO

03.03.2023 22:18 540 baxış
IMG

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) “Riyaziyyat və informasiya texnlogiyası” kafedrasının təşkilatçılığı ilə martın 3-də “Heydər Əliyev” ilinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda İKT-nin inkişaf perspektivləri” mövzusunda seminar keçirilib.

Akademiyadan "Tehsil.biz"ə bildirilib ki, ilkin olaraq prof. F.F.Möhbalıyev seminar barədə iştirakçılara məlumat verib.

“Riyaziyyat və informasiya texnlogiyası” kafedrasının müdiri tex.f.d. N.Ə.Umarova “çıxış edərək dahi şəxsiyyət H.Əliyevin həyat və yaradıcılığına aid videoçarx göstərilib, sonra isə mövzu ilə əlaqədar videoçarx təqdim olunub.

Daha sonra Yunis Ələkbərov H.Əliyevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Xəbər lenti