Logo

"Həmkarlar ittifaqına cəlb olunmaq üçün motivasiya: əsas istiqamətlər, təcrübə" - FOTO

03.03.2023 22:03 632 baxış
IMG

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 28 fevral-1 mart tarixlərində "Həmkarlar ittifaqına cəlb olunmaq üçün motivasiya: əsas istiqamətlər, təcrübə" mövzusunda 3 günlük kurs keçirilib.

Tehsil.biz xəbər verir ki, hər iki kursda 51 nəfər iştirak edib.

Kursda HİRK-nin Mədəniyyət, Neft və Qaz, Bələdiyyə, Avtonəqliyyat, Səhiyyə, Elektroenergetika, Təhsil, Elmlər Akademiyası, Rabitə, Yerli sənaye iş, Dövlət idarələri, Sahibkarlıq, Kənd-Qida-iş, Azərsu, Baku Steel Company həmkarlar ittifaqı komitə sədrləri, komitə üzvləri və həmkarlar ittifaqı üzvləri iştirak ediblər.

Təlim interaktiv şəkildə keçirilib. Kurs iştirakçıları xüsusi qeyd ediblər ki, dəvət olunan təlimçilər təcrübəli həmkarlar ittifaqı komitə sədrləridir: Nəzakət Mahmudova "TELERADİO İB ", Abbasəli Rüstəmli - "Taghiev Operating Company" MMC, Taleh Mahmudov -ŞİRVAN OYYL COMPANY LTD ŞİRKƏTİ, İlkin Nuralıyev - "Karasu Operating Company Şirkəti - HİK sədrləri həmkarlar ittifaqı işini, onun mahiyyəti hərtərəfli, dərindən izah ediblər.

Güldeniz Metin - Həsənova Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının psixoloqunun iştirakı ilə keçirilən birinci təlimdə dinləyicilərin fəal iştirakı üçün bir-birləri ilə əyləncəli formada tanış olublar, sonra təqdimat və praktiki məşğələlərlə motivasiya mövzusunda mühazirəni dinləyiblər.

Kursun bütün iştirakçılarına qanunvericiliklə əlaqəli metodiki materiallar və tövsiyələr həmkarlar ittifaqı işi ilə bağlı məlumatlar elektron formada verilib.

Xəbər lenti