Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) üç məzunu Fransa universitetlərində magistraturanı bitirərək hazırda həmin ölkənin elmi institutlarının laboratoriyalarında uğurla tədqiqatlar aparır.
Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.
Bildirilib ki, həmin məzunlar UFAZ-da müxtəlif ixtisaslar üzrə təhsil alıblar.