Logo

Ali məktəb kitabxanalarında elektron informasiya xidmətlərinin təşkilinə dair müzakirələr aparılıb

03.03.2023 12:59 368 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Ali məktəb kitabxanalarında elektron informasiya xidmətlərinin təşkili” mövzusunda elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının müəllimi Sevda Məmmədova mövzu ilə bağlı məruzə edib. Məruzədə qlobal informasiya mühitinin yaratdığı şəraitdə ali məktəb kitabxanalarının müasir modelinin tələblərindən bəhs olunub. Vurğulanıb ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, rəqəmsal məzmunlu informasiyaların inkişaf tendensiyasının günü-gündən artdığı çağdaş dövrdə ali məktəb kitabxanalarında oxuculara elektron informasiya xidmətlərinin göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Araşdırmada müasir dövrdə ali məktəb kitabxanalarının elektron sənəd-informasiya təminatı və bütünlükdə informasiya massivinin prioritet istiqamətləri təhlilə cəlb edilib. Məruzədə həmçinin modern ali məktəb kitabxanalarının modeli, strukturu, potensial imkanları və hədəfləri barədə məlumatlar da diqqətə çatdırılıb.

Elmi seminar müzakirələrlə davam edib.

Xəbər lenti