Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Bitkilərin genetik transformasiyası” mövzusunda elmi seminar olub.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Bildirilib ki, seminarda məruzə ilə çıxış edən Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Biomühəndislik elmi-tədqiqat laboratoriyasının elmi işçisi, Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi Nurlan Əmrahov müasir dövrdə məhsuldar bitkilərin yetişdirilməsinin biotexnologiyada önəmli rol oynadığını bildirib. Qeyd olunub ki, bitkilərin kəmiyyət və keyfiyyət göstəricilərinin artırılması üçün müasir toxuma kulturası metodları ilə yanaşı, genetik transformasiya mexanizmlərinin (bioloji və fiziki) araşdırılması və aqrar sektorda tətbiqi olduqca önəmlidir.
Məruzədə genetik transformasiya etmək qabiliyyətinə malik aqrobakteriyaların təsir mexanizmləri, T-DNT-nin sintezi, bitki hüceyrəsinə daxil edilməsi və bu prosesdə iştirak edən faktorların təsiri ətraflı izah olunub. Genetik transformasiyadan əldə edilən genotiplərin selektiv markerlərlə seçilməsi və bu texnologiyada yeni RUBY kompleksinin tətbiqi barədə məlumat verilib.