Logo

Bakı məktəbində 8 Marta görə pul yığılır? - RƏSMİ AÇIQLAMA

03.03.2023 10:34 916 baxış
IMG

60 nömrəli tam orta məktəbdə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar vəsaitin toplanması ilə bağlı araşdırma aparılıb.

Bu barədə "Tehsil.biz"in sorğusuna cavab olaraq 60 nömrəli məktəbdən məlumat verilib.

Qeyd olunub ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar vəsaitin toplanması ilə bağlı məktəbdaxili araşdırma aparılıb.

Araşdırma nəticəsində bəlli olub ki, məktəbin 5a sinfinin valideyni şəxsi qərarı ilə bayramla əlaqədar pul yığılması ilə bağlı “WhatsApp” qrupunda sinifin digər valideynləri ilə müzakirə aparıb. Valideynlər razılaşmadığı üçün bu təşəbbüsdən yan keçib.

Məsələ ilə bağlı bu gün həmin sinifin valideynləri ilə iclas keçirilib və valideynlərə müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, məktəbdə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı hər hansı formada vəsaitin toplanması təşəbbüsü olmayıb. Bu kimi halların qarşısını almaq üçün məktəb rəhbərliyi tərəfindən pedaqoji kollektivlə də görüşlər keçirilib.

Qeyd edək ki, 60 nömrəli məktəbdə valideynlərdən 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə müəllimlər üçün 50 manatdan pul yığıldığı iddia olunub.

Mərcanə Əsədova

Xəbər lenti