Logo

QS qlobal və regional reytinqlərində Azərbaycan universitetlərinin göstəriciləri müzakirə olunub

02.03.2023 22:52 413 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi və “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi arasında işçi qaydada görüş keçirilib.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, görüş zamanı QS qlobal və regional reytinqlərində Azərbaycan ali təhsil müəssisələrinin göstəriciləri müzakirə olunub.

Qeyd edək ki, əməkdaşlığın əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrinin qlobal rəqabətə davamlılığının artırılması, akademik dairələrdə və işəgötürənlər arasında ali təhsil müəssisələrinin nüfuzunun yüksəldilməsidir.

Xəbər lenti