Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib.
"Tehsil.biz"in məlumatına görə, bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Adil Kərimli əmr imzalayıb.
Bundan başqa, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynova işində yol verdiyi ciddi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.