Logo

"Müəllimlərin sertifikatlaşdırılma imtahanlarının keçirilmə qaydası dəyişməyib"

02.03.2023 16:23 674 baxış
IMG

"Builki təhsilverənlərin sertifikatlaşdırılma imtahanlarının keçirilmə qaydalarında hər hansı dəyişiklik yoxdur".

Tehsil.biz xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənir:

“Qaydalara dəyişiklik təkliflərini isə Elm və Təhsil Nazirliyi edir. Əgər nəsə dəyişiklik olsa, bu barədə ictimaiyyətə əvvəldən məlumat verilər. Bu gün isə qaydalarda hər hansı dəyişiklik yoxdur. Bu da o deməkdir ki, bu il də həmin qaydalarla sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulur”.

Xəbər lenti