Logo

“Jurnalistikada mətnlərin intellektual linqvistik təminatı problemləri” mövzusunda müzakirələr aparılıb

02.03.2023 15:31 357 baxış
IMG

İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Texnologiyaları Mərkəzinin növbəti onlayn elmi seminarında “Jurnalistikada mətnlərin intellektual linqvistik təminatı problemləri” mövzusunda müzakirələr aparılıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, məruzəyə dair çıxış edən institutun baş mütəxəssisi Sünbül Zalova linqvistik təminat vasitələri haqqında məlumat verib. S.Zalova maşın tərcüməsi, avtomatik referatlaşma, eləcə də mətnin mövzuya uyğun təsnifatlaşdırılmasının süni intellektin jurnalistika sahəsində yaratdığı yeni imkanlardan olduğunu söyləyib. O, süni intellektin jurnalistikaya verdiyi töhfələrdən də danışıb. Qeyd edib ki, bunlara mətnlərin oxunmasının və mürəkkəblik səviyyəsinin qiymətləndirilməsi, mətnlərdə istifadə olunan terminlərin müqayisəli analizi, vulqar sözlərin, plagiatlığın aşkarlanması, maşın tərcüməsi, avtomatik referatlaşdırma, yazı üslubunu analiz etməklə müəllifin müəyyənləşdirilməsi və s. aiddir.

Məruzəçi, həmçinin İKT-nin köməyilə mətnləri daha anlaşıqlı formada təqdim etməyin mümkün olduğunu diqqətə çatdırıb, müasir texnologiyaların tətbiqi ilə jurnalistikada yazı işlərinin keyfiyyətinin artırıla biləcəyini söyləyib.

Xəbər lenti