Logo

Dendrologiya İnstitutu “Gəncliyimiz gələcəyimizdir” adlı müsabiqə elan edir

02.03.2023 15:14 260 baxış
IMG

"Heydər Əliyev İli” çərçivəsində Dendrologiya İnstitutunda mayın 21-22-də “Gəncliyimiz gələcəyimizdir” adlı foto və əl işlərindən ibarət yaradıcılıq müsabiqəsi keçiriləcək.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, müsabiqəsinin keçirilməsində məqsəd yüksək erudisiyaya, geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsini, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsini və azərbaycançılıq ideologiyasının təbliğini təmin etməkdir.

Müsabiqədə iştirak etmək istəyənlər əl işlərini, fotosunu, ad və soyadını, təvəllüdünü, əlaqə nömrəsini, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını mayın 10-dək [email protected]  ünvanına göndərməlidirlər.

Müsabiqəyə ən çox 5 əsər təqdim edilə bilər. Seçim zamanı əl işlərində kənar müdaxilənin olmaması, həmçinin kompozisiyanın motivi, rəng seçimi və ideya əsas götürüləcək.

Təqdim olunan foto və əl işlərinin üzərində heç bir müəllif imzası və ya loqo yerləşdirilməməlidir.

Qaliblər fəxri diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Xəbər lenti