Logo

BDU Elmi Kitabxanasından növbəti kitab bağışlama aksiyası keçirilib

02.03.2023 13:10 499 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) 690 nüsxə ədəbiyyat hədiyyə edib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, kitabxananın mübadilə-ehtiyat fondundan Nəsimi rayon MKS-in filiallarında daha çox ehtiyac duyulan elmi, bədii, tədris ədəbiyyatı seçilərək təhvil verilib.

Hədiyyə olunan ədəbiyyatların içərisində BDU-nun mətbəəsində çap olunan “Bakı Universitetinin xəbərləri” jurnalının son illərdəki buraxılışları, ayrı-ayrı fakültələrin keçirdiyi konfransların materialları, həmçinin Universitetin professor-müəllim heyətinin müəllifi olduğu dərslik və dərs vəsaitləri də yer alıb.

Xəbər lenti