Logo

AzMİU-nun qadın əməkdaşlarının müəllifi olduğu kitabların sərgisi keçirilib - FOTO

02.03.2023 12:37 429 baxış
IMG

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kitabxanasında universitetin qadın əməkdaşlarının müəllifi olduğu kitabların sərgisi keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, sərgidə AzMİU-nun qadın struktur rəhbərləri, universitetin, o cümlədən kitabxananın əməkdaşları iştirak ediblər.

AzMİU-nun elektron kitabxanasının rəhbəri Aytən Rəhmanova çıxış edərək tədbir iştirakçılarını təbrik edib və qeyd edib ki, AzMİU-da qadın əməkdaşlara hər zaman yüksək diqqət, qayğı göstərilib.

Tədbirdə universitetin Memarlıq fakültəsinin tələbələri tərəfindən hazırlanan video-çarx izlənilib. Video-çarxda AzMİU-nun rəhbər vəzifələrdə çalışan xanım əməkdaşları haqqında məlumat nümayiş etdirilib.

Daha sonra sərgiyə baxış keçirilib.

Xəbər lenti