Logo

Təhsil mütəxəssisləri UNEC-də müzakirəyə dəvət olunur

02.03.2023 11:08 405 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) məzunlarının bacarıqlarının qiymətləndirilməsi məqsədilə “Qeyri-akademik transkript” layihəsi hazırlanıb.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, məzunlara verilən “Akademik transkript” bilik səviyyəsini göstərsə də, onların bacarıqlarını göstərmir. Bunu nəzərə alaraq, martın 7-də məzunların bacarıqlarını qiymətləndirən “Qeyri akademik transkript” layihəsinin müzakirəsi keçiriləcək.

Müzakirəyə təhsil mütəxəssisləri dəvətlidirlər.

Xəbər lenti