Logo

Allahşükür Paşazadədən Hacı Şahinin vəfatı ilə bağlı paylaşım - FOTO

02.03.2023 10:23 441 baxış
IMG

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Hacı Şahin Həsənlinin ölümü ilə bağlı paylaşım edib.

Tehsil.biz xəbər verir ki, QMİ sədri feysbuk hesabında bunları qeyd edib:

“Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü ilahiyyatçı Hacı Şahin Həsənli haqqın dərgahına qovuşub. Yaxınlarına, sevənlərinə Allahdan səbr diləyirik, Allah rəhmət eləsin. Ruhu şad olsun”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli bu gün səhər saatlarında ürək tutmasından dünyasını dəyişib.

Həmçinin oxuyun: Təcili yardım gələnə qədər Hacı Şahin vəfat edibmiş...

Xəbər lenti