SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Fəxrəddin Eminli ABŞ-nin 3 universitetinə tam təqaüdlə birbaşa doktorantura səviyyəsinə qəbul olub.
Bu barədə "Tehsil.biz"ə BANM-dən bildirilib.
Onun Ohayo Universiteti, Tuleyn Universiteti və Urbana-Şampeyn İllinoys Universitetində Kimya və biomolekulyar mühəndislik ixtisasında tam təqaüdlü doktorantura təhsili üçün müraciətinə müsbət cavab verilib.
Fəxrəddin təhsilini Urbana-Şampeyn İllinoys Universitetində (University of İllinois Urbana-Champaign) davam etdirmək niyyətindədir. BANM tələbəsinin bu universitetdən qazandığı illik təqaüdün məbləği 74,5 min ABŞ dolları təşkil edir.
Fəxrəddin Bakı Ali Neft Məktəbinə 690 balla daxil olub.