Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 1 Mart Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir keçirilib.
Alademiyadan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə Riyaziyyat və informasiya texnologiyaları kafedrasının müdiri tex.f.d.Umarova Nigar Əvəz qızı "Risklərin müasir texnologiyalarla qiymətləndirilməsi" mövzusunda çıxış edib. Mülki müdafiə məqsədi ilə tətbiq olunan kütləvi humanitar tədbirlərə aid məlumatları təqdimat və videoçarxla verib.
Həmin kafedranın mülki müdafiə müəllimi Ələkbərov Yunis İbrahim oğlu mülki müdafiənin yaranma tarixi,onun həyatda rolu, vəzifələri, mümkün təhlükələr və əhalinin mühafizəsinə aid maraqlı məlumatlarla çıxış edib.








