10 Mart saat 12:00-da Birinci Fəxri Xiyabanda mərhum kinorejissor, senarist, Xalq artisti Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılış mərasimi olacaq.
Tehsil.biz xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalovdur.
Xatırladaq ki, Xalq artisti Rüstəm İbrahimbəyov 2022-ci il martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.