Logo

Səadət Yusifova mədəniyyət nazirinin müavini təyin olundu - DOSYE

01.03.2023 16:21 757 baxış
IMG

Azərbaycanın mədəniyyət nazirinə yeni müavin təyin edilib.

Tehsil.biz xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Səadət Vidadi qızı Yusifova mədəniyyət nazirinin müavini təyin olunub.

S.Yusifova 1974-cü ildə anadan olub. 1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Hüquq üzrə fəlsəfə doktorudur.

Səadət Yusifova Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində də çalışıb, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub, həmçinin Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsini icra edib.

Bakı Dövlət Universitetinin və Fransanın Robert Şuman Universitetinin məzunu olan S.Yusifova 2013-cü ildə dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə medalla da təltif olunub. O, Prezidentin 27 iyun 2013-cü il tarixli fərmanı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Xəbər lenti