Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri, mədəniyyət nazirinə isə iki müşavir təyin edilib.
"Tehsil.biz"in məlumatına görə, bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən nazirliyin Aparat rəhbəri vəzifəsinə Xanlar Ağalarov, müşavir vəzifələrinə isə Cahangir Səlimxanov və Əmirbəyli Oleq Arnoldoviç gətirilib.
Mədəniyyət Nazirliyindən məlumatı "Tehsil.biz"ə təsdiqləyiblər.