Logo

Mədəniyyət nazirinin birinci müavini Biləsuvarda vətəndaşlarla görüşəcək

01.03.2023 10:17 511 baxış
IMG

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli martın 31-də saat 10:00-da Biləsuvar şəhəri Heydər Əliyev Mərkəzində (Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 213) Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, vətəndaşlar martın 27-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

Xəbər lenti