Logo

"Öz ixtisasını dərindən bilən hər kəs məktəb direktoru ola bilər"

28.02.2023 18:43 1150 baxış
IMG

"Öz ixtisasını dərindən bilən, pedaqoji vә ya idarәetmә ixtisas sahәlәri üzrә ali tәhsili olan hər bir şəxs məktəb direktoru ola bilər".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Əli Ələkbərov deyib.

Onun sözlərinə görə, ölkəmizdə hər il direktor müavinliyi və ya direktorluq imtahanlarında iştirak edilir:

"Doğrudur ki, hər bir müəllim direktor ola bilməz, bəs direktor hansı müəllimlər ola bilər? Hesab edirəm ki, məktəb direktoru olmaq üçün müsabiqәdә pedaqoji vә ya idarәetmә ixtisas sahәlәri üzrә ali tәhsilli, 5 ildәn az olmayaraq  pedaqoji stajı olan vә hazırda məktəbdə pedaqoji fәaliyyәtlә mәşğul olan şәxslәr iştirak edә bilәrlәr. Yalnız tәhsilin tәşkili vә idarәolunması ixtisası üzrә elmi dәrәcә vә elmi adı olduqda pedaqoji staj 3 il tələb olunur".

Ə.Ələkbərov qeyd edib ki, yol verdikləri nöqsanlara görə direktor, direktor müavini vəzifəsindən azad olunmuş, mәhkumluğu ödәnilmәmiş vә ya götürülmәmiş, elәcә dә mәhkәmәnin qәrarına әsasәn, yaxud sağlamlığı ilә әlaqәdar pedaqoji fәaliyyәt göstәrmәsi qadağan olunan şәxslәr direktorların işә qәbulu üzrә müsabiqәdә iştirak edә bilmәzlәr:

"Elm və Təhsil Nazirliyi tərəfindən qəbul olunmuş qərara əsasən, müsabiqənin nəticəsində vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir".

Xəbər lenti