Logo

Bakıda şagirdi tənbeh edən müəllimə xəbərdarlıq edildi

28.02.2023 17:40 1336 baxış
IMG

Bakının Qaradağ rayonunda yerləşən 273 nömrəli tam orta məktəbdə şagirdin müəllim tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Məsələ ilə bağlı məktəbdən "Tehsil.biz"ə bildirilib ki, 23 fevral tarixində 9b sinif şagirdinə (müəyyən səbəbdən şagirdin adı qeyd olunmur) davranışına, sinif yoldaşları ilə rəftarına görə sinif rəhbəri və riyaziyyat müəllimi tərəfindən irad bildirilib.

"Şagird tənbeh edilib. 24 fevral tarixində keçirilən valideyn iclasında övladının nöqsanları barədə valideyn də məlumatlandırılıb. 26 fevral tarixində valideyn məktəb rəhbərliyinə zəng vurub və müəllimin onun övladını vurduğunu bildirib.

Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən müəllim və şagirdlərlə görüş keçirilib. Müəllimin şagirdə qarşı fiziki təzyiq göstərmədiyi, ancaq tənbeh etdiyi məlum olub. Şagirdə qarşı münasibətdə həssas davranmadığı üçün müəllimə xəbərdarlıq edilib".

Xəbər lenti