Logo

"Heydər Əliyev İli"nə həsr olunmuş məktəblərarası voleybol yarışı keçirilib - FOTO

28.02.2023 17:12 484 baxış
IMG

"Məktəblinin dostu" layihəsinin təşkilatçılığı ilə Bakı şəhər 282 nömrəli tam orta məktəbdə "Heydər Əliyev İli"nə həsr olunmuş məktəblərarası voleybol yarışı keçirilib.

Tehsil.biz xəbər verir ki, yarışda Bakı şəhər 272, 204, 12 və 282 nömrəli tam orta məktəblərin 9, 10 və 11-ci sinif şagirdləri iştirak ediblər. 

1-ci yerin qalibi 282 nömrəli tam orta məktəbin komandası, 2-ci yerin qalibi 272 nömrəli tam orta məktəbin komandası, 3-cü yerin qalibi isə 204 nömrəli tam orta məktəb olub. 

Qalib komandalar sertifikat və medalla təltif olunub.

Xəbər lenti