Mayın 22-də Heydər Əliyev Sarayının səhnəsində “Gürcüstan əfsanələri” milli rəqs şousu təqdim olunacaq.
Tehsil.biz xəbər verir ki, bu barədə sarayın mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, “Gürcüstanın əfsanələri” şousu ultramodern texnologiyalardan istifadə etməklə həyata keçirilən ən uğurlu musiqi-xoreoqrafik tamaşalardan birinə çevrilib. Dünya mətbuatının yazdığına görə, gürcü artistləri Almaniya, İsveç, İngiltərə, ABŞ, Yaponiya, Kanada, Çin - beş qitədə 50-dən çox ölkənin tamaşaçıları alqışlayırdılar.