Logo

ADU-nun təcrübədə olan tələbələri Xocalı faciəsinə həsr olunmuş tədbir keçiriblər - FOTO

28.02.2023 15:29 433 baxış
IMG

Azərbaycan Dillər UniversitetininTəhsil-1 fakültəsi nəzdində Xarici Dillərin Tədrisi Metodikası kafedrasının müəllimi Tükəz Piriyevanın rəhbərliyi ilə 46 nömrəli məktəbdə təcrübədə olan Təhsil-2 fakültəsi  425 B qrup tələbələrinin birgə iştirakı ilə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə tələbələr Xocalı faciəsi ilə bağlı Azərbaycan və fransız dillərində çıxış ediblər. Onlar  xalqımızın başına gələn müsibətlərdən, əliyalın, günahsız insanlara qarşı törədilən soyqrımdan danışıblar.

Xəbər lenti