Logo

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb - FOTO

28.02.2023 12:28 476 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Bilişim Vadisi arasında əməkdaşlıq haqqında protokol imzalanıb.

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, sənədi AzTU-nun rektoru Vilayət Vəliyev və Bilişim Vadisinin baş direktoru Ahmet Serdar İbrahimcioğlu imzalayıblar.

Protokola əsasən, Bilişim Vadisi AzTU-da beynəlxalq texnologiyalar üzrə marketinq, texnoloji tədqiqat və transfer fəaliyyətləri, proqram təminatı, dizayn, tədqiqat və inkişaf sahəsində layihələrin həyata keçirilməsinə dəstək göstərəcək.

Xəbər lenti