Logo

Bu müəllimlər sertifikasiya imtahanına cəlb olunacaq - RƏSMİ

28.02.2023 12:17 1457 baxış
IMG

Bu il bütün ölkə üzrə ibtidai sinif müəllimləri sertifikasiya imtahanına cəlb olunacaq.

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ötən gün media üçün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, ölkə üzrə Azərbaycan dili və Ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanına cəlb edilməsi planlaşdırılır.

“Sertifikasiya yalnız müəllimlərin imtahan verməsi yox, həm də onların maaş artımı deməkdir. Sertifikasiya imtahanında əlavə 30 dəqiqə vaxt verilməsi planlaşdırılır”, - deyə nazir qeyd edib.

Xəbər lenti