Logo

BDU-nun tələbələrdən ibarət futzal komandası I yeri qazanıb - FOTO

28.02.2023 11:17 392 baxış
IMG

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş futzal yarışlarında Bakı Dövlət Universitetinin (BDU) komandası I yeri qazanaraq turnirin qalibi olub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, 22 ali təhsil müəssisəsinin iştirak etdiyi futzal turnirində II yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, III yeri isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları qazanıb.

Qaliblər ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər lenti