Azərbaycan Dillər Universitetinin Təhsil-1 fakültəsi nəzdində ingilis dilinin fonetikası kafedrası "Ulu öndar Heydər Əliyevin elm va tahsil siyasati" mövzusunda dəyirmi masa keçirib.
ADU-dan "Tehsil.biz"ə bildirilib ki, dəyirmi masada fakültə dekanı professor Fikrət Cahangirov Ulu öndərin elm və təhsil sahəsinə xüsusi həssaslıqla yanaşmasından və daim qayğı göstərmiəsindən, müstəqil Azərbaycana rəhbərliyi dövründə elmlə təhsilin inteqrasiyası istiqamətində gördüyü önəmli işlərdən söz açıb.
İngilis dilinin fonetikası kafedrasının müdiri professor Fərman Zeynalov çıxışında ulu öndər Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına əsasən ali məktəblərimizin əksəriyyətində təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması üçün bütün lazımi şəraitin yaradılmasının danılmaz fakt olduğunu vurğulayıb.
Digər iştirakçılar isə "Ulu öndar Heydər Əliyevin elm va təhsil siyasati" mövzusunda fikirlərini bölüşüblər.




