Logo

Martın 6-dan IX sinif şagirdlərinin yerdəyişməsi DAYANDIRILACAQ

28.02.2023 10:11 747 baxış
IMG

6 mart saat 17:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılacaq.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edək ki, fevralın 21-dən 2022-2023-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktivləşdirilib.

Yerdəyişmə prosesi sy.edu.az portalı üzərindən həyata keçirilir.  

Xəbər lenti