Logo

Uğurlu nəticə göstərən 16 şagird üçün qış kampı təşkil edilib - FOTO

28.02.2023 00:48 613 baxış
IMG

11 yanvar-18 fevral 2023-cü il tarixlərində Beynəlxalq Jautikov Olimpiadası seçmə imtahanında uğurlu nəticə göstərmiş 16 nəfər şagird üçün qış kampı təşkil edilib.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, dərslər riyaziyyat fənni üzrə müxtəlif beynəlxalq olimpiadalarda qalib olmuş, Cənubi Koreyanın KAİST Universitetinin tələbəsi Abbas Məmmədov tərəfindən keçirilib.

Kampda beynəlxalq riyaziyyat olimpiadasının proqramına uyğun imtahanlar keçirilib və suallar müzakirə edilib.

Xəbər lenti