Logo

Azərbaycan universitetlərini top 500 siyahısında görə bilərikmi? - AÇIQLAMA

27.02.2023 16:18 691 baxış
IMG

"Ali təhsil müəssisələrimizin adlarını top 500 siyahısında görmək çətindir".

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Tehsil.biz"in sualını cavablandırarkən deyib.

Nazir bildirib ki, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti çox dar profilli universitetlərdir:

"Universitet mahiyyət etibarı ilə müxtəlif fakültələri özündə birləşdirməlidir. Biz isə institutların adını dəyişməklə universitet adlandırmışıq. Ölkəmizdə universitetlər dar profilli olduğu üçün dünyanın top 500 ali məktəbi siyahısına düşə bilmir. Milli Konservatoriya, Bakı Musiqi Akademiyası dünyanın top 500 universiteti arasında olmağa layiqdir, amma təəssüf ki, onları o siyahıya görə bilməyəcəyik. Çünki universal deyillər, yaxud da dil üzrə ixtisaslaşmaq baxımından Bakı Slavyan Universiteti o siyahıda ola bilərdi, amma universal olmadığı üçün siyahıdan kənar qalır. O sıraya qismən geniş profilli Bakı Dövlət Universiteti düşə bilərdi, amma onun da tibb fakültəsi yoxdur. Buna görə ölkəmizin ali təhsil müəssisələrinin adlarını top 500 siyahısında görmək çətindir".

Orxan Daşdəmirov

Xəbər lenti