Logo

Nazir müəllimlərin seçki prosesində iştirak etmələrindən danışıb

27.02.2023 15:57 569 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin seçki prosesində iştirak etmələrinə münasibət bildirib.

"Tehsil.biz"in məlumatına görə, nazir media üçün keçirilən brifinqdə deyib ki, təhsil işçilərinin seçki müddətində iştirakı dövrü xarakter daşıyır:

"Fikrimcə həmin müddətdə onların əməkhaqları olduğu kimi saxlanılaraq bu işdə iştirakında heç bir qanun pozuntusu yoxdur. Adətən kənd yerlərində ali təhsilli insanlar məktəbdə olduğundan onların seçki prosesinə dəstəyi müsbətdir. Təhsil işçilərinin təşkilatçılıq qabiliyyəti olduğundan öz arzu və istəyi ilə seçki prosesinə cəlbində maneə görmürəm. Bütövlükdə isə onlar bu işə təyinatla göndərilmir”.

Orxan Daşdəmirov

Xəbər lenti