Bakı Slavyan Universiteti UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində tələbələr arasında “İnklüzivliyə aparan təhsil” mövzusunda layihə müsabiqəsinə start verir.
BSU-dan "Tehsil.biz"ə bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd tələbələrin şüurunda inklüziv təhsilin yerini təsbit etmək, onların yaradıcı təfəkkürünü təhsil və inkişafla əlaqələndirmək, inklüziv düşüncə tərzini inkişaf etdirmək, inklüziv dərsin planlaşdırılması, səmərəli keçirilməsi və adekvat qiymətləndirilməsi, sağlamlıq imkanları məhdud uşaqlara tələbələrin diqqətini artırmaq və inklüziya üzrə gələcəyin müəllimlərini hazırlamaqdan ibarətdir.
Layihədə bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələr iştirak edə bilərlər.
Müsabiqənin şərtləri ilə bağlı ətraflı məlumatı universitetin rəsmi saytından (https://bsu-uni.edu.az/az/announce/316) əldə etmək mümkündür.
Qeyd edək ki, “İnklüzivliyə aparan təhsil” mövzusunda layihə müsabiqəsinə son müraciət tarixi 13 mart 2023-cü ildir.