Logo

"Müəllimlərin orta əməkhaqları 1000 manatdan çox olacaq”

27.02.2023 15:37 628 baxış
IMG

"Ötən il sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər 1195 manat maaş alır. Ölkə üzrə 2026-ci ilə qədər 910 manata çatdırılması nəzərdə tutulur".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

Nazirin sözlərinə görə, fevralın 1-dən etibarən ümumtəhsil müəssisələrində çalışan müəllimlərin 25 %-dən çoxu 1000 manat və daha yuxarı maaş alacaq.

"Həmin müəllimlərin dərs saatı 26-dan çoxdur", - nazir qeyd edib.

Xatırladaq ki, fevralın 1-dən diaqnostikası aparılan müəllimlərin maaşı 10 % artırılıb.

Orxan Daşdəmirov

Xəbər lenti