Bakı Dövlət Universitetinin (BDU) bir qrup könüllüsü 2022/2023-cü tədris ilinin qış imtahan sessiyasının təşkilində könüllü kimi fəal iştiraklarına görə təşəkkürnamə ilə təltif ediliblər.
Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.
Qeyd olunub ki, "BDU Könüllüləri” təşkilatının “Təcrübə könüllüləri” layihəsinin iştirakçıları universitetin müxtəlif strukturlarında 3 ay müddətində fəaliyyət göstərir, gələcək karyeraları istiqamətində ilkin addımlar atır və təcrübə qazanırlar.
Könüllülər imtahan sessiyalarının təşkilində də mütəmadi iştirak edirlər.