Logo

Türkiyənin zəlzələ bölgəsində zərərçəkmiş 23 şagird Bakı məktəblərində təhsilə cəlb olunub

27.02.2023 13:02 472 baxış
IMG

Türkiyənin zəlzələ bölgəsində zərərçəkmiş 23 şagird Bakı məktəblərində təhsilə cəlb olunub.

Tehsil.biz "report"a istinadən xəbər verir ki, şagirdlər Bakı Anadolu Liseyinə və Bakı Atatürk Liseyinə yerləşdirilib.

Şagirdlər bir neçə gündür həmin liseylərdə təhsil alırlar.

Məlumatı Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Alı Rza Altunel təsdiqləyib. O bildirib ki, zəlzələ bölgəsindən şagirdlərin Bakıdakı liseylərə təhsilə cəlb edilməsi prosesi davam edəcək.

Bakı Atatürk Liseyindən isə bildirilib ki, zəlzələ bölgəsindən gəlmiş şagirdlər bu liseydə ödənişsiz təhsil alacaqlar.

Xəbər lenti