Fevralın 25-də Təhsil İnstitutunun (ARTİ) Təhsil texnologiyaları mərkəzində Bakı Dövlət Universitetinin (BDU) Kompüter elmləri və texnologiyaları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təlim və tədrisin təşkili və metodikası, Azərbaycan Texniki Universitetinin ( AzTU) isə Logistika və nəqliyyat ixtisaslaşmalarının bir qrup Sabah Magistratura tələbələri üçün təşkil edilən “İnnovativ və stratejik liderlik” təliminin “Dizayn və düşüncə” adlı modulu baş tutub.
Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, təlimdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov tələbələrə dizayn düşüncənin əsas anlayış və prinsipləri, 5 fəaliyyət planı, dizayn düşüncə tərzi, alətlər və şablonlar haqqında təqdimatla çıxış edib. O, həmçinin ənənəvi və dizayn düşüncəsi haqqında da məlumat verib.
Daha sonra “Medicnext” startapının CEO-su Tuğra Musayeva öz startapı haqqında ətraflı danışıb və tələbələrin startaplarla bağlı suallarını cavablayıb.