Antinarkotik təbliğatı çərçivəsində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şagirdlərlə növbəti görüş Xırmandalı kənd 1 nömrəli tam orta məktəbdə keçirilib.
Tehsil.biz xəbər verir ki, çıxış edən Biləsuvar RPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis mayoru Pərviz Məmmədov narkotik vasitələrin, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükələrdən danışıb.
