Logo

SDU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26.02.2023 22:18 375 baxış
IMG

Sumqayıt Dövlət Universitetində (SDU) Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, SDU-nun rektoru, professor Elxan Hüseynov və universitetin professor-müəllim, tələbə heyətinin iştirak etdiyi tədbirdə ali təhsil müəssisəsi tələbələrinin iştirakı ilə hazırlanan, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı özündə əks etdirən “Sükutun son səsi” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.      

Kompozisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində qəddarlıqla öldürülən azərbaycanlıların faciəsindən bəhs olunub.      

Tədbirdə tələbələrin ifasında Vətən müharibəsində qazandığımız Şanlı Zəfərə həsr edilən şeirlər və mahnılar da səsləndirilib.

Xəbər lenti