Fevralın 25-də Yardımlı rayon Mərkəzi Kitabxanasında Xocalı faciəsinin otuz birinci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, əvvəlcə faciə qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə MKS-in direktoru Rahim Səfərov açaraq bəşər tarixinin ən dəhşətli faciəsi haqqında məruzə ilə çıxış edib.
Sonra "Sonsuz dəhliz" sənədli filmi nümayiş olunub.