Logo

BSU rektoru ABŞ-nin Vebster Universitetinin Gürcüstan kampusunun rəhbəri ilə görüşüb - FOTO

26.02.2023 14:43 396 baxış
IMG

Fevralın 24-də Bakı Slavyan Universitetində (BSU) ABŞ-nin Vebster Universitetinin Gürcüstan kampusunun rəhbəri Emin Hacıyevlə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüş zamanı BSU-nun beynəlxalq münasibətlər və jurnalistika ixtisasları üzrə təhsil alan tələbələrinin Vebster Gürcüstanda təhsil almaq, eləcə bakalavr və magistr səviyyələrində ikili diplom proqramlarını, həmçinin kreditlərin daşlnması (bir sıra fənlərin götürülməsi ilə kreditlərin tanınması) imkanlarını müzakirə edilib.

Növbəti işçi müzakirələrin digər maraq qruplarının da iştirakı ilə davam edəcəyi qərarlaşdırılıb.

Xəbər lenti