Logo

"Xocalı faciəsi şagirdlərin gözü ilə" adlı rəsm müsabiqəsi keçirilib - FOTO

26.02.2023 13:44 589 baxış
IMG

"Məktəblinin dostu" layihəsi çərçivəsində Bakı şəhər 95 nömrəli tam orta məktəbdə "Xocalı faciəsi şagirdlərin gözü ilə" adlı rəsm müsabiqəsi keçirilib. 

Tehsil.biz xəbər verir ki, şagirdlər 45 dəqiqə ərzində mövzuya uyğun rəsm çəkiblər. Rəsmlər məktəbin təsviri incəsənət müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. 

İlk üç yerin qalibi sertifikat və medalla təltif olunub, həmçinin müsabiqədə iştirak edən bütün şagirdlərə təşəkkürnamələr verilib. 

Xəbər lenti